Meyxana
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana

Yadigardır meyxana, yadigardır meyxana
Yadigardır meyxana, yadigardır meyxana, hey
İçində möcüzələr doludur ədəbiyyatımızın
Bu sənət də çox incə yoludur ədəbiyyatımızın
Folklor janrıdır, bir qoludur ədəbiyyatımızın
Ora daxildir, sanmayın ki, kənardır meyxana
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Deyilən meyxanalar hər biri təbdən yaranıb
Çox suallar verilir, hansı səbəbdən yaranıb?
Kökünü xırdalasaq, zatı ərəbdən yaranıb
Bu səbəbdən əruzla əlaqədardır meyxana
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Deyilən meyxanan şah beyti qafiyədir
Deməyə növbə çatıb, müddəti az saniyədir
Təb olmasa, şairin deməyə ixtiyarı nədir?
Təbin gələndə isə biixtiyardır meyxana
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Bu səbəbdən əruzla əlaqədardır meyxana
Mən də, həmkarlarım da birdir bizim niyyətimiz
Deyirik meyxananı – xalqa budur xidmətimiz
Qoymarıq ki, əzilə, tapdalana sənətimiz
Nə qədər ki biz varıq, bizimlə vardır meyxana