Ölüm Haqdır

Elnur Valeh

Günlərin bir günü dünya verəcək badə məni

Bir adam görməyəcək bir də bu dünyada məni

Mən ölərkən eşidib halıma düşmən güləcək
Görəsən, dərdə batan yazıq anam neyləyəcək?
Nə yarım axtaracaq, “haradadır, yarım?” deyəcək
Nə də bir can dediyim kəs salacaq yada məni

Günlərin bir günü dünya verəcək badə məni
Günlərin bir günü dünya verəcək badə məni
Bir adam görməyəcək bir də bu dünyada məni
Bir adam görməyəcək bir də bu dünyada məni

Eybi yox, qoy mən ölüm, siz qalasız sağ, dostlar
Dost deyib qəlbimə çox çəkdi dağ alçaq dostlar
Həmi yaltaq, həmi satqın, həmi qorxaq dostlar
Gördülər hər zaman aldanmağa amadə məni

Günlərin bir günü dünya verəcək badə məni
Günlərin bir günü dünya verəcək badə məni
Bir adam görməyəcək bir də bu dünyada məni
Bir adam görməyəcək bir də bu dünyada məni

Sən, ilahi, məni nadanlara bənzətməmisən
Üzü insan, içi şeytanlara bənzətməmisən
O təkəbbür dolu insanlara bənzətməmisən
Yenə min şükr ola xəlq eyləmisən sadə məni

Günlərin bir günü dünya verəcək badə məni
Günlərin bir günü dünya verəcək badə məni
Bir adam görməyəcək bu dünyada məni
Bir adam görməyəcək...

Varlığımçün darıxanlar məni xatırlasalar
Yad edərlər bu nəqəratdakı misrada məni...

Trivia about the song Ölüm Haqdır by Amina

Who composed the song “Ölüm Haqdır” by Amina?
The song “Ölüm Haqdır” by Amina was composed by Elnur Valeh.

Most popular songs of Amina

Other artists of Film score