Ehtiyacım Var

Ramin Vəlibəyov, Saleh Səbat

Bəlkə də eşidib utanacaqsan
Qaranlıq dünyadan oyanacaqsan
Baxıb gözlərimə onda inanacaqsan
Mən artıq sevməyə başladım səni
Özüm də bilmədən
Xəyanət elədim dostluğumuza bu gün

Mənim sənə ehtiyacım, ehtiyacım var
Mənim sevgiyə ehtiyacım, ehtiyacım var
Mənim duyğuya ehtiyacım, ehtiyacım var
Mən də bir qadınam, qadınlar kimi
Qadınlar kimi...

Göz yaşım gizlənib təbəssümümdə
Mən səni yaşatdım özüm özümdə
Mənə xatirələr olub kömək, dözüm də
İlləri illərə caladım sənsiz, həsrətlə gözlədim
Mənə bu həyatı sevdir yenidən bu gün...

Mənim sənə ehtiyacım, ehtiyacım var
Mənim sevgiyə ehtiyacım, ehtiyacım var
Mənim duyğuya ehtiyacım, ehtiyacım var
Mən də bir qadınam, qadınlar kimi
Qadınlar kimi...

Trivia about the song Ehtiyacım Var by Aygün Kazımova

When was the song “Ehtiyacım Var” released by Aygün Kazımova?
The song Ehtiyacım Var was released in 2020, on the album “By SS Production”.
Who composed the song “Ehtiyacım Var” by Aygün Kazımova?
The song “Ehtiyacım Var” by Aygün Kazımova was composed by Ramin Vəlibəyov, Saleh Səbat.

Most popular songs of Aygün Kazımova

Other artists of Pop