Göz Yaşları - Remix

İkram Əliyev, Murad Süleymanov

[Bənd 1: Ədalət Şükürov]
Bu dünyada mənim kimi
Səni sevən olmayacaq, bil
Sevgimizin mənası itir
Ömrünün bir vərəqini sil

Ayrılıq məni yaman yorur
Darıxıb sənin üçün ürəyim
Amma arada həsrət durur
Mən onun əlindən neyləyim?

Sən bu sevgini məndən gizlin
Kiminlə bölmək istəyirdin?
Dəymir əlimə sənin əlin
Bir gün də olsa mənsiz qala bilməyirdin

[Bənd 2: Manana Japaridze]
Dünyalar qədər məni sevən
Sənin kimi olmayacaq, yox
Duyğularıma qanad verən
Doğrudan da olmayacaq, yox

Bəlkə, bizim göz yaşlarımız
Qarışacaq yenə yağışa?
O utancaq baxışlarımız
Dönəcək bir odlu baxışa?

[Nəqərat: Ədalət Şükürov – Manana Japaridze]
Bəlkə, görüşdük səninlə biz?
Bəlkə, həmin gün yağış yağdı?
Bəlkə, bu yağış sənin göz yaşlarındır?
Göz yaşlarındır...
Göz yaşlarındır...

[Manana Japaridze]
Bəlkə, bizim göz yaşlarımız
Qarışacaq yenə yağışa?
O utancaq baxışlarımız
Dönəcək bir odlu baxışa?

[Ədalət Şükürov]
Bəlkə, bizim göz yaşlarımız
Qarışacaq yenə yağışa?
O utancaq baxışlarımız
Dönəcək bir odlu baxışa?

[Ədalət Şükürov – Manana Japaridze]
Bəlkə, bizim göz yaşlarımız
Qarışacaq yenə yağışa?
O utancaq baxışlarımız
Dönəcək bir odlu baxışa?

[Sonluq: Ədalət Şükürov]
Bəlkə, bu yağış mənim göz yaşlarımdır?...

Trivia about the song Göz Yaşları - Remix by Ədalət Şükürov

When was the song “Göz Yaşları - Remix” released by Ədalət Şükürov?
The song Göz Yaşları - Remix was released in 2004, on the album “Qoca Çinar”.
Who composed the song “Göz Yaşları - Remix” by Ədalət Şükürov?
The song “Göz Yaşları - Remix” by Ədalət Şükürov was composed by İkram Əliyev, Murad Süleymanov.

Most popular songs of Ədalət Şükürov

Other artists of