Müjgan

Gövhər Həsənzadə

[Bənd 1]
Dünyanı baxışıyla mənə bağışlayan
Həsrətimi vüsalına calayan
Körvəlmək istədiyim hər an
Tanrıma dua edirəm ki, sən varsan

[Keçid]
Sabahıma günəş doğuran
Zülmət gecələrdə yanan ayımsan
Mələk kimi şərdən qorunan
Sən mənim tanrıdan ən gözəl payımsan

[Nəqərat]
Müjgan, sən xəyanətsiz sevgidən yaranmısan
Tanrının nur qələmiylə boyanmısan
Müjgan, Müjgan, hər kəs sənə heyran
Kim görürsə, ilk baxışdan gözlərini sevir
Müjgan, Müjgan, canım sənə qurban
Hər gülüşün sabahıma yeni ümidlər verir

[Bənd 2]
Ən şirin arzuları qəlbimdə yaşadan
Üşüdüyüm qış gecəsi yayımsan
Mənə ürkək baxdığın zaman
Arzum bu tanrıdan – sən xoşbəxt olasan

[Keçid]
Sabahıma günəş doğuran
Zülmət gecələrdə yanan ayımsan
Mələk kimi şərdən qorunan
Sən mənim tanrıdan ən gözəl payımsan

[Nəqərat]
Müjgan, sən xəyanətsiz sevgidən yaranmısan
Tanrının nur qələmiylə boyanmısan
Müjgan, Müjgan, hər kəs sənə heyran
Kim görürsə, ilk baxışdan gözlərini sevir
Müjgan, Müjgan, canım sənə qurban
Hər gülüşün sabahıma yeni ümidlər verir

(Müjgan)
(Müjgan)

Müjgan, Müjgan, hər kəs sənə heyran
Kim görürsə, ilk baxışdan gözlərini sevir
Müjgan, Müjgan, canım sənə qurban
Hər gülüşün sabahıma yeni ümidlər verir

Trivia about the song Müjgan by İradə İbrahimova

When was the song “Müjgan” released by İradə İbrahimova?
The song Müjgan was released in 2003, on the album “Get”.
Who composed the song “Müjgan” by İradə İbrahimova?
The song “Müjgan” by İradə İbrahimova was composed by Gövhər Həsənzadə.

Most popular songs of İradə İbrahimova

Other artists of