Getmə, Getmə

Səid Rüstəmov, İslam Səfərli

Gözlərin aldı məni
Kəməndə saldı məni
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl
Amandır, qoymayın
Yar gözdən saldı məni!..
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl

Qurbanam xan gözünə
Nazla baxan gözünə
Yenə sürmə çəkmisən
Evlər yıxan gözünə
Getmə, getmə, gəl

Elə bil, qəsdi nədir
Gözlərin məsti nədir?
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl
Yar məni incitməkdə
Bilmirəm, qəsdi nədir
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl

Sənin ala gözlərin
Canım alar, gözlərin
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl
Qorxuram, birdən öləm
Yada qala gözlərin
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl

Trivia about the song Getmə, Getmə by Islama Abdullayeva

When was the song “Getmə, Getmə” released by Islama Abdullayeva?
The song Getmə, Getmə was released in 2020, on the album “Azerbaijani Music”.
Who composed the song “Getmə, Getmə” by Islama Abdullayeva?
The song “Getmə, Getmə” by Islama Abdullayeva was composed by Səid Rüstəmov, İslam Səfərli.

Most popular songs of Islama Abdullayeva

Other artists of