Aygün

Səməd Vurğun, Zakir Bağırov

Mən indi bildim ki, ürəyim acdır
Elə bil çörəyə, suya möhtacdır
Məhəbbət əbədi bir ehtiyacdır
Mənim də dünyada sevənim varmı?
Ah...
Mənim də dünyada sevənim varmı?

Doğrudur, insanlar mənə əl çalır
Ancaq səadətim yarımçıq qalır
Dağlarda eşq ilə qalxıb ucalır
Eşqisiz bir bahar, deyin baharmı?

Hanı saçlarımı oxşayan bir əl
Bir mehriban nəfəs, bir isti əməl?
Gəl, ey məhəbbətim müjdəsi, tez gəl!
Məni düşündürən bu arzularmı?
Ah...
Məni düşündürən bu arzularmı?...

Trivia about the song Aygün by Islama Abdullayeva

When was the song “Aygün” released by Islama Abdullayeva?
The song Aygün was released in 2022, on the album “Aygün”.
Who composed the song “Aygün” by Islama Abdullayeva?
The song “Aygün” by Islama Abdullayeva was composed by Səməd Vurğun, Zakir Bağırov.

Most popular songs of Islama Abdullayeva

Other artists of