Ceyran

Səməd Vurğun, Ədilə Hüseynzadə

De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də?
Söz qoşub ceyranın qara gözünə
Söz qoşub ceyranın qara gözünə
Dincini aldınmı bir göy çəməndə?
De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də?

Ovçu, insaf elə, keçmə bu düzdən!
O ellər qızını ayırma bizdən, ayırma bizdən!
Qıyma ağrı keçə ürəyimizdən…
Nə gözəl yaraşır Muğana ceyran!
De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də?...

Trivia about the song Ceyran by Islama Abdullayeva

When was the song “Ceyran” released by Islama Abdullayeva?
The song Ceyran was released in 2022, on the album “Aygün”.
Who composed the song “Ceyran” by Islama Abdullayeva?
The song “Ceyran” by Islama Abdullayeva was composed by Səməd Vurğun, Ədilə Hüseynzadə.

Most popular songs of Islama Abdullayeva

Other artists of