Güllər

Nigar Rəfibəyli, Emin Sabitoğlu

[Bənd 1]
Güllər çiçək kimidir
Saçı ipək kimidir
Gül də onun yanında
Bir az qəşəng kimidir
Gül də onun yanında
Bir az qəşəng kimidir

[Nəqərat]
Güllü, güllü güllərim
İpək telli güllərim
Güllü, güllü güllərim
İpək telli güllərim

Çiçək qızlar içində
Şirin dilli güllərim
Çiçək qızlar içində
Şirin dilli güllərim

[Bənd 2]
Güllər nəğməylə səslər
Çəmənlərin gülünü
Güllər nə yaxşı bilir
Çiçəklərin dilini
Güllər nə yaxşı bilir
Çiçəklərin dilini

[Nəqərat]
Güllü, güllü güllərim
İpək telli güllərim
Güllü, güllü güllərim
İpək telli güllərim

Çiçək qızlar içində
Şirin dilli güllərim
Çiçək qızlar içində
Şirin dilli güllərim

[Bənd 3]
Güllər özü də bir gül
Güllərin saçı sünbül
Ətirli bağçalarda
Güllər nəğməli bülbül
Ətirli bağçalarda
Güllər nəğməli bülbül

[Nəqərat]
Güllü, güllü güllərim
İpək telli güllərim
Güllü, güllü güllərim
İpək telli güllərim

Çiçək qızlar içində
Şirin dilli güllərim
Çiçək qızlar içində
Şirin dilli güllərim...

Trivia about the song Güllər by Islama Abdullayeva

When was the song “Güllər” released by Islama Abdullayeva?
The song Güllər was released in 2020, on the album “Azerbaijani Music”.
Who composed the song “Güllər” by Islama Abdullayeva?
The song “Güllər” by Islama Abdullayeva was composed by Nigar Rəfibəyli, Emin Sabitoğlu.

Most popular songs of Islama Abdullayeva

Other artists of