Gülüşlər

Mikayıl Müşfiq, Tahir İbişov

Gülüş vardır səslərinə tunc əkslər yapdırır
Gülüş vardır könülləri rüzgarlara qapdırır
Bəzi tikər könüllərdə alovlardan bir məbəd
İllər boyu atəşinə insanlığı tapdırır

Bürünərək çoхu ipək füsunlu bir çarşafa
Saçır büllur təbəssümlər, əyləncələr ətrafa
O pərdəyi parçalasaq can atarız nəhayət
Və başlarız göz yaşları aləmini təvafa

Gülüş vardır dodaqaltı, gülüş vardır müstəhzi
Zəncirləyər uçanları halqalandıqca bəzi
Bəzi sıcaq görüşlərə doğru yollar göstərir
Fəqət onun gülüşləri bir qönçəyə yaslanan

Rəngsiz parlaq jalələrdən nümunədir, hər zaman
Gənc ömrümə yüksəlməkçün qanad vеrir, can vеrir

Trivia about the song Gülüşlər by Islama Abdullayeva

When was the song “Gülüşlər” released by Islama Abdullayeva?
The song Gülüşlər was released in 2022, on the album “1109”.
Who composed the song “Gülüşlər” by Islama Abdullayeva?
The song “Gülüşlər” by Islama Abdullayeva was composed by Mikayıl Müşfiq, Tahir İbişov.

Most popular songs of Islama Abdullayeva

Other artists of