Həyat Sevgisi

Cahangir Cahangirov, Mikayıl Müşfiq

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?

Həyat dedikləri bu keçməkeşdən
Qəlbimdə, qanımda yanan atəşdən
Həyat dedikləri bu keçməkeşdən
Qəlbimdə, qanımda yanan atəşdən
Gecədən, gündüzdən, aydan, günəşdən
Bu əngin fəzadan necə əl çəkim?
Gecədən, gündüzdən, aydan, günəşdən
Bu əngin fəzadan necə əl çəkim?

Necə, necə əl çəkim?
Necə, necə əl çəkim?...
Bu əngin fəzadan necə əl çəkim?...

Trivia about the song Həyat Sevgisi by Islama Abdullayeva

When was the song “Həyat Sevgisi” released by Islama Abdullayeva?
The song Həyat Sevgisi was released in 2022, on the album “1109”.
Who composed the song “Həyat Sevgisi” by Islama Abdullayeva?
The song “Həyat Sevgisi” by Islama Abdullayeva was composed by Cahangir Cahangirov, Mikayıl Müşfiq.

Most popular songs of Islama Abdullayeva

Other artists of