İlk Xatirələr
Səməd Vurğun, Zakir Bağırov
Üfüqlər qızarır al güllər kimi
Günəş boy göstərir, açılır səhər
Yığışın qəlbimə bülbüllər kimi
İlk xatirələr, ilk xatirələr!
Yığışın qəlbimə bülbüllər kimi
İlk xatirələr, ilk xatirələr!
Mən onu sevmişdim bir saf ürəklə
O, mənim eşqimi duysaydı əgər…
Girin pəncərəmdən əsən küləklə
İlk xatirələr, ilk xatirələr!...