Sən Mənim, Mən Sənin

Tofiq Quliyev, Zeynal Cabbarzadə

Qara gözün aldı canım, aldı canım
Qəlbindədir arzu-kamım, arzu-kamım
Gözəllərə naz yaraşır, naz yaraşır
Vüsalına var gümanım, var gümanım

Gül, gözəl
Bil, gözəl
Sən mənim
Mən sənin!
Gül, gözəl
Bil, gözəl
Sən mənimsən
Mən sənin!

Gəzdim Azərbaycanı
Tapdım sənin kimi ceyranı!
Gəl, mənə naz eyləmə
Olum gözlərinin qurbanı!

Gül, gözəl
Bil, gözəl
Sən mənim
Mən sənin!

Ətirli güllər üzərəm, mən üzərəm
Tellərini mən bəzərəm, mən bəzərəm
Sən elimin göyçəyisən, göyçəyisən
Hər dərdinə mən dözərəm, mən dözərəm

Gül, gözəl
Bil, gözəl
Sən mənim
Mən sənin!
Gül, gözəl
Bil, gözəl
Sən mənimsən
Mən sənin!

Gəzdim Azərbaycanı
Tapdım sənin kimi ceyranı!
Gəl, mənə naz eyləmə
Olum gözlərinin qurbanı!

Gül, gözəl
Bil, gözəl
Sən mənim
Mən sənin!
Gül, gözəl
Bil, gözəl
Sən mənimsən
Mən sənin!

Trivia about the song Sən Mənim, Mən Sənin by Islama Abdullayeva

When was the song “Sən Mənim, Mən Sənin” released by Islama Abdullayeva?
The song Sən Mənim, Mən Sənin was released in 2020, on the album “Azerbaijani Music”.
Who composed the song “Sən Mənim, Mən Sənin” by Islama Abdullayeva?
The song “Sən Mənim, Mən Sənin” by Islama Abdullayeva was composed by Tofiq Quliyev, Zeynal Cabbarzadə.

Most popular songs of Islama Abdullayeva

Other artists of