Ata

Arzu Yəhyayeva, Faiq Sücəddinov

[Bənd 1]
Gözümü açandan yanımda oldun
Mən sənin sevginlə böyüdüm, ata
Əlimdən tutaraq ilk addımları
Səndən güc alaraq öyrəndim, ata

[Nəqərat]
Yaşa, varlığınla mən də yaşayım
İçində sən olmayan dünyanı neynim?
Sən mənim güvənim, sən mənim pənahım
Sən mənim dövlətim, varımsan, ata

Yaşa, varlığınla mən də yaşayım
İçində sən olmayan dünyanı neynim?
Sən mənim güvənim, sən mənim pənahım
Sən canımsan, ata

[Keçid]
Ey gözəl ata
Hər zaman yaşa
Canımsan, ata

[Nəqərat]
Gözümü açandan yanımda oldun
Mən sənin sevginlə böyüdüm, ata
Sən mənim güvənim, sən mənim pənahım
Sən canımsan, ata

[Bənd 2]
Gözünün nurutək qorudun məni
Sən də gözlərimin qarası oldun
Həyatda hər şeyi səninlə gördüm
Mənim ürəyimin yarısı oldun

[Nəqərat]
Yaşa, varlığınla mən də yaşayım
İçində sən olmayan dünyanı neynim?
Sən mənim güvənim, sən mənim pənahım
Sən mənim dövlətim, varımsan, ata

Yaşa, varlığınla mən də yaşayım
İçində sən olmayan dünyanı neynim?
Sən mənim güvənim, sən mənim pənahım
Sən canımsan, ata

[Keçid]
Ey gözəl ata
Hər zaman yaşa
Canımsan, ata

[Nəqərat]
Gözünün nurutək qorudun məni
Sən də gözlərimin qarası oldun
Sən mənim güvənim, sən mənim pənahım
Sən mənim dövlətim, varımsan, ata
Sən canımsan, ata
Sən varımsan, ata
Sən canımsan, ata
Sən canımsan, ata...

Trivia about the song Ata by Lalə Məmmədova

When was the song “Ata” released by Lalə Məmmədova?
The song Ata was released in 2021, on the album “Vol. 3”.
Who composed the song “Ata” by Lalə Məmmədova?
The song “Ata” by Lalə Məmmədova was composed by Arzu Yəhyayeva, Faiq Sücəddinov.

Most popular songs of Lalə Məmmədova

Other artists of Pop