Ayşad

Ramiz Muxtar, Akif Hüseynov

[Bənd 1]
Sən babanın vüqarısan
Saçlarının ağ qarısan
Oğul, nəvə nübarısan
Ucal, boy at, yüksəl, Ayşad
Səninkidir bu şən həyat, hey
Səninkidir bu şən həyat

[Nəqərat]
Bu gün sənin ad günündür
Ən müqəddəs, şad günündür
Gözümüzü yumub-açıb
Görəcəyik toy günündür, toy günündür
Gözümüzü yumub-açıb
Görəcəyik toy günündür, toy günündür

[Keçid]
Aynurumun ayı səndə
Rəşadımın şadı səndə
Ayşad kimi sən ad qazan
İzin qalsın vətənində
İzin qalsın vətənində

[Bənd 2]
Sən nənənin ürəyisən
Suyu, duzu, çörəyisən
Evimizin bəzəyisən
Aç göylərdə qoşa qanad
Gözəl nəvəm, gözəl Ayşad
Gözəl nəvəm, gözəl Ayşad

[Nəqərat]
Bu gün sənin ad günündür
Ən müqəddəs, şad günündür
Gözümüzü yumub-açıb
Görəcəyik toy günündür, toy günündür
Gözümüzü yumub-açıb
Görəcəyik toy günündür, toy günündür

[Keçid]
Aynurumun ayı səndə
Rəşadımın şadı səndə
Ayşad kimi sən ad qazan
İzin qalsın vətənində
İzin qalsın vətənində

Trivia about the song Ayşad by Lalə Məmmədova

When was the song “Ayşad” released by Lalə Məmmədova?
The song Ayşad was released in 2008, on the album “Qızıl Lalədir Adım”.
Who composed the song “Ayşad” by Lalə Məmmədova?
The song “Ayşad” by Lalə Məmmədova was composed by Ramiz Muxtar, Akif Hüseynov.

Most popular songs of Lalə Məmmədova

Other artists of Pop