Bu İmiş Qismətim

Gülağa Tənha, İlhamə Adilqızı

[Bənd 1]
Gör neçə zamandır görmürəm səni
Solur yaddaşımdan surətin, gülüm
O şirin sözlərin isitmir məni
Yaddan çıxmasa da, ülfətin, gülüm
O şirin sözlərin isitmir məni
Yaddan çıxmasa da, ülfətin, gülüm

[Nəqərat]
Qorxuram, yadımdan çıxa səsin də
Gedə xatirimdən gül nəfəsin də
Ömrümün bu acı həsrət fəslində
Könlümü açmayır söhbətin, gülüm
Könlümü açmayır söhbətin, gülüm

[Bənd 2]
Sənə söyləməkçün könül dərdim
Aya, ulduzlara açdım qəlbimi
Yadımdan çıxmayır ayrılıq qəmi
Bu imiş mənim də qismətim, gülüm
Yadımdan çıxmayır ayrılıq qəmi
Bu imiş mənim də qismətim, gülüm

[Nəqərat]
Qorxuram, yadımdan çıxa səsin də
Gedə xatirimdən gül nəfəsin də
Ömrümün bu acı həsrət fəslində
Könlümü açmayır söhbətin, gülüm
Könlümü açmayır söhbətin, gülüm

Qorxuram, yadımdan çıxa səsin də
Gedə xatirimdən gül nəfəsin də
Ömrümün bu acı həsrət fəslində
Könlümü açmayır söhbətin, gülüm
Könlümü açmayır söhbətin, gülüm
Könlümü açmayır söhbətin, gülüm

Trivia about the song Bu İmiş Qismətim by Lalə Məmmədova

When was the song “Bu İmiş Qismətim” released by Lalə Məmmədova?
The song Bu İmiş Qismətim was released in 2012, on the album “Dəli Eşq”.
Who composed the song “Bu İmiş Qismətim” by Lalə Məmmədova?
The song “Bu İmiş Qismətim” by Lalə Məmmədova was composed by Gülağa Tənha, İlhamə Adilqızı.

Most popular songs of Lalə Məmmədova

Other artists of Pop