Çiçək

Rüstəm Behrudi, Nadir Əzimov

[Bənd 1]
Səni dağ başında gördüm
Üşüyürdün ləçək-ləçək
Mənim kimi qərib idin
Qərib idin, yazıq çiçək

Səni dağ başında gördüm
Üşüyürdün ləçək-ləçək
Mənim kimi qərib idin
Qərib idin...

[Nəqərat]
Bir sən, bir mən, bir də ki göy
O yalqızlıq deyilən şey
Üşüyürsən, əynini gey
Gey kölgəni, yazıq çiçək

Sən gecə ay, gündüz bulud
Tənhalıq mən və son ümid
Bu taleyin yasını tut, çiçək

[Bənd 2]
Səni dağ başında gördüm
Üşüyürdün ləçək-ləçək
Mənim kimi qərib idin
Qərib idin, yazıq çiçək

Səni dağ başında gördüm
Üşüyürdün ləçək-ləçək
Mənim kimi qərib idin
Qərib idin...

[Nəqərat]
Bir sən, bir mən, bir də ki göy
O yalqızlıq deyilən şey
Üşüyürsən, əynini gey
Gey kölgəni, yazıq çiçək

Sən gecə ay, gündüz bulud
Tənhalıq mən və son ümid
Bu taleyin yasını tut, çiçək

[Şeir]
Bir sən, bir mən, bir də ki göy
O yalqızlıq deyilən şey
Üşüyürsən, əynini gey
Gey kölgəni, gey, yazıq çiçək

[Nəqərat]
Bir sən, bir mən, bir də ki göy
O yalqızlıq deyilən şey
Üşüyürsən, əynini gey
Gey kölgəni, yazıq çiçək

Sən gecə ay, gündüz bulud
Tənhalıq mən və son ümid
Bu taleyin yasını tut, çiçək

Trivia about the song Çiçək by Lalə Məmmədova

When was the song “Çiçək” released by Lalə Məmmədova?
The song Çiçək was released in 2021, on the album “Vol. 3”.
Who composed the song “Çiçək” by Lalə Məmmədova?
The song “Çiçək” by Lalə Məmmədova was composed by Rüstəm Behrudi, Nadir Əzimov.

Most popular songs of Lalə Məmmədova

Other artists of Pop