Deyərmi

Emin Sabitoğlu, Vaqif Səmədoğlu

[Bənd 1]
Quşlar bağça-bağa girməzdən qabaq
Bağbana elçilər heç göndərərmi?
Bənövşələr dağda boyun bükəndə
Dumana elçilər heç göndərərmi?

[Nəqərat]
Göy çəmənə yağış yağanda səhər
Otlara, güllərə yağım deyərmi?
Ay işığı al yanağa düşəndə
Qara gözlərinə baxım deyərmi?

Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?
Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?

[Bənd 2]
Qışı əridəndə hər yanda günəş
Gəlim, ya gəlməyim soruşmaz bahar
Çiçək nəfəsiylə, körpə səsiylə
Gülüm, ya gülməyim soruşmaz bahar

[Nəqərat]
Göy çəmənə yağış yağanda səhər
Otlara, güllərə yağım deyərmi?
Ay işığı al yanağa düşəndə
Qara gözlərinə baxım deyərmi?

Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?
Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?

Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?
Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?

Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?
Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?

Trivia about the song Deyərmi by Lalə Məmmədova

Who composed the song “Deyərmi” by Lalə Məmmədova?
The song “Deyərmi” by Lalə Məmmədova was composed by Emin Sabitoğlu, Vaqif Səmədoğlu.

Most popular songs of Lalə Məmmədova

Other artists of Pop