Düzəni Dəyişək
[Bənd 1]
Qaldır başını, bax ətrafına
Zaman insanları necə də dəyişib
Keçmiş çağları sal bir yadına
Hamı yaşayırdı əl-ələ verib
[Nəqərat]
İndi yaxşı da yamana qarışıb
İnsanlar sanki soyuyub, yadlaşıb
Məgər bizə böyüklər
Belə danışıb
Qohumlar xoş günlərində yığışıb
Küsən qəlblər bir-biriylə barışıb
Mehriban, səadət belə yaranıb
[Bənd 2]
Nəyimə gərək? – demə kənardan
Sən də qoşul, bu düzəni dəyişək
Tək yapışmayaq biz bu zamandan
Günah bizimdirsə, neyləsin dövran?
[Nəqərat]
İndi yaxşı da yamana qarışıb
İnsanlar sanki soyuyub, yadlaşıb
Məgər bizə böyüklər
Belə danışıb
Qohumlar xoş günlərində yığışıb
Küsən qəlblər bir-biriylə barışıb
Mehriban, səadət belə yaranıb
İndi yaxşı da yamana qarışıb
İnsanlar sanki soyuyub, yadlaşıb
Məgər bizə böyüklər
Belə danışıb
Qohumlar xoş günlərində yığışıb
Küsən qəlblər bir-biriylə barışıb
Mehriban, səadət belə yaranıb