Gəlmədi

Zeynal Cabbarzadə, Tofiq Quliyev

[Bənd 1]
Günlərin birində
Vuruldum yaman
Bir ala gözlünün
Bir şirin sözlünün
Bir mələk üzlünün
Oduna yandım

[Keçid]
Bir gün qapılarında
Bir gün qapılarında
Xeyli dayandım

[Nəqərat]
Gəlmədi, gəlmədi
Düşündüm, nə söylədim
Onun qəlbinə dəydim?
Gəlmədi, gəlmədi
Ürəyim sevərdimi
Gözlərim görməsəydi?

Gəlmədi, gəlmədi
Düşündüm, nə söylədim
Onun qəlbinə dəydim?
Gəlmədi, gəlmədi
Ürəyim sevərdimi
Gözlərim görməsəydi?

[Bənd 2]
Bir bahar axşamı
Rast gəldim ona
Tutdum şirin dilə
Dedim gülə-gülə
Sənsən indidən belə
İlqarım, andım

[Keçid]
Bir gün qapılarında
Bir gün qapılarında
Xeyli dayandım

[Nəqərat]
Gəlmədi, gəlmədi
Düşündüm, nə söylədim
Onun qəlbinə dəydim?
Gəlmədi, gəlmədi
Ürəyim sevərdimi
Gözlərim görməsəydi?

Gəlmədi, gəlmədi
Düşündüm, nə söylədim
Onun qəlbinə dəydim?
Gəlmədi, gəlmədi
Ürəyim sevərdimi
Gözlərim görməsəydi?

Gəlmədi, gəlmədi
Düşündüm, nə söylədim ki
Onun qəlbinə dəydim?
Gəlmədi, gəlmədi
Ürəyim sevərdimi
Gözlərim görməsəydi?
Gəlmədi...

Trivia about the song Gəlmədi by Lalə Məmmədova

When was the song “Gəlmədi” released by Lalə Məmmədova?
The song Gəlmədi was released in 2008, on the album “Qara Qaşın Vəsməsi”.
Who composed the song “Gəlmədi” by Lalə Məmmədova?
The song “Gəlmədi” by Lalə Məmmədova was composed by Zeynal Cabbarzadə, Tofiq Quliyev.

Most popular songs of Lalə Məmmədova

Other artists of Pop