Xınayaxdı

Zəlimxan Yaqub, Sevda Məmmədli

[Bənd 1]
Elçi şirin çayını vaxtında içib gedib
Bəy gəlib gözəllərin gözünü seçib gedib
Elçi şirin çayını vaxtında içib gedib
Bəy gəlib gözəllərin gözünü seçib gedib

Fikri özündən qabaq atlanıb, köçüb gedib
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Fikri özündən qabaq atlanıb, köçüb gedib
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək

[Nəqərat]
Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək
Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək

Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək

[Bənd 2]
Fikrindən, xəyalından gündə yüz dilək keçir
Könlünə beşik düşüb, meylindən bələk keçir
Fikrindən, xəyalından gündə yüz dilək keçir
Könlünə beşik düşüb, meylindən bələk keçir

Gözümün önündən sanki bir mələk keçir
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Gözümün önündən sanki bir mələk keçir
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək

[Nəqərat]
Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək
Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək

Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək

Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək
Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək

Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək

Trivia about the song Xınayaxdı by Lalə Məmmədova

When was the song “Xınayaxdı” released by Lalə Məmmədova?
The song Xınayaxdı was released in 2022, on the album “Vol. 4”.
Who composed the song “Xınayaxdı” by Lalə Məmmədova?
The song “Xınayaxdı” by Lalə Məmmədova was composed by Zəlimxan Yaqub, Sevda Məmmədli.

Most popular songs of Lalə Məmmədova

Other artists of Pop