Bağışla

Miri Yusif, Emin Kərimi

[Bənd 1]
Bir çətir bilər yağışın dərdini
Sən qəlbimə damla
Qəlbimə damla, duy və damla
Qara buludlarla ağla

Məni məndən alıb döz, alışma
Son baharla və uzun qışla
Sən məni bağışla
Qəm yağışla bağışla

[Keçid]
Məni mənsizliyə sürgün edən
Özünü mənə bağışla

[Nəqərat]
Dəryada yorğunam
Sənsiz qalaraq təkliyə vurğunam
Canım yanaraq gün kimi solğunam
Sağ ikən ölüyəm...

Dəryada yorğunam
Sənsiz qalaraq təkliyə vurğunam
Canım yanaraq gün kimi solğunam
Sağ ikən ölüyəm...

[Bənd 2]
Külqabım bilər ömrümün dərdini
İnad etmə böylə
Hamıya söylə, söylə, söylə ki
Sən barışırsan göylə

Durma qaç, durma uç, qanad aç
Çılğın ruzigara olma möhtac
Sən məni bağışla
Son baxışla bağışla

[Keçid]
Məni mənsizliyə sürgün edən
Özünü mənə bağışla

[Nəqərat]
Dəryada yorğunam
Sənsiz qalaraq təkliyə vurğunam
Canım yanaraq gün kimi solğunam
Sağ ikən ölüyəm...

Dəryada yorğunam
Sənsiz qalaraq təkliyə vurğunam
Canım yanaraq gün kimi solğunam
Sağ ikən ölüyəm...

Dəryada yorğunam
Sənsiz qalaraq təkliyə vurğunam
Canım yanaraq gün kimi solğunam
Sağ ikən ölüyəm...

Dəryada yorğunam
Sənsiz qalaraq təkliyə vurğunam
Canım yanaraq gün kimi solğunam
Sağ ikən ölüyəm...
Sağ ikən ölüyəm...

Trivia about the song Bağışla by Miri Yusif

When was the song “Bağışla” released by Miri Yusif?
The song Bağışla was released in 2013, on the album “Ağ Qarğa”.
Who composed the song “Bağışla” by Miri Yusif?
The song “Bağışla” by Miri Yusif was composed by Miri Yusif, Emin Kərimi.

Most popular songs of Miri Yusif

Other artists of