Bu Həyat Bizim

Fərid İsmayılov, Tony Memmedli, Aydın Əhmədzadə

[Bənd 1]
Yağış kosmetikanı yuyar üzündən
Sən ən gözəlsən, balam, yer üzündə
Doğulur Günəşin işığı gözündə
Şərbəti dadaram mən hər sözündə

Baxışların sanki Ay əvəzi
Fikirlərimin doğulan yeni nəfəsi
Oyat məni, oyat məndəki həvəsi
Sənin üçün açıram tək sevgi qəfəsi

[Nəqərat]
Toxun mənə, toxun yenə
Məni göyə apar
Bizi sevgi dünyasına
Köçürür bu qatar

Əlini aç yenidən
Uzat mənə, əzizim
Qucaqla məni bərk
Bu həyat bizim

[Bənd 2]
Ürəyinə düşməz heç vaxt kölgələr (kölgələr)
Sənə görə quraram, balam, yeni ölkələr
Göydə yanıb-sönür parlaq ülkərlər
Qəlbimdə yatan zərif mələklər

Küləklər deyir qulağıma adını
Sənin adın yaşadır hey yadımı
Əqrəblər döyünür sənlə yenə
Susma, dur mənə təcili zəng elə

[Nəqərat]
Toxun mənə, toxun yenə
Məni göyə apar
Bizi sevgi dünyasına
Köçürür bu qatar

Əlini aç yenidən
Uzat mənə, əzizim
Qucaqla məni bərk
Bu həyat bizim

(Bu həyat bizim)
(Bu həyat bizim)

Toxun mənə, toxun yenə
Məni göyə apar
Bizi sevgi dünyasına
Köçürür bu qatar

Əlini aç yenidən
Uzat mənə, əzizim
Qucaqla məni bərk
Bu həyat bizim

(Bu həyat bizim)
(Bu həyat bizim)
(Bu həyat bizim)
(Bu həyat bizim)

Trivia about the song Bu Həyat Bizim by Miri Yusif

When was the song “Bu Həyat Bizim” released by Miri Yusif?
The song Bu Həyat Bizim was released in 2011, on the album “Nirvana”.
Who composed the song “Bu Həyat Bizim” by Miri Yusif?
The song “Bu Həyat Bizim” by Miri Yusif was composed by Fərid İsmayılov, Tony Memmedli, Aydın Əhmədzadə.

Most popular songs of Miri Yusif

Other artists of