İki Doğma İnsan (Solo)

MC Murad

[Bənd 1]
Heç olubmu, dünyadan baş götürüb qaçmaq arzun?
Heç olubmu, söyləmisən "əlvida"?
De, olubmu quş olub səmalara uçmaq arzun?
De, olubmu tək qalmısan dünyada?

[Keçid]
Gözlərimdə qəm
Sənə danışım dərdlərimdən
Məni dinlə
Ol mənə həmdəm

[Nəqərat]
Dostum
Heç olubmu, haqsızlıq önündə sadəcə susdun?
Heç olubmu, keçmişin boz vərəqlərini pozdun?
Xəbərin, de, varmı heç?
Arxaya bax, bir ömür ötdü
Dostum, ora kimlər gəlib, kimlər getdi...

Dostum
Heç olubmu, haqsızlıq önündə sadəcə susdun?
Heç olubmu, keçmişin boz vərəqlərini pozdun?
Xəbərin, de, varmı heç?
Arxaya bax, bir ömür ötdü
Dostum, ora kimlər gəlib, kimlər getdi...

[Bənd 2]
Heç olubmu, həsrətin oxlarına tuş gəlmisən?
Heç olubmu, düşünmüsən keçəcək?
De mənə, de, heç olubmu, bir anlıq kövrəlmisən
Biləndə ki buradan hamı köçəcək?

[Keçid]
Gözlərimdə qəm
Sənə danışım dərdlərimdən
Məni dinlə
Ol mənə həmdəm

[Nəqərat]
Dostum
Heç olubmu, haqsızlıq önündə sadəcə susdun?
Heç olubmu, keçmişin boz vərəqlərini...
Xəbərin, de, varmı heç?
Arxaya bax, bir ömür ötdü
Dostum, ora kimlər gəlib, kimlər getdi...

Dostum
Heç olubmu, haqsızlıq önündə sadəcə susdun?
Heç olubmu, keçmişin boz vərəqlərini pozdun?
Xəbərin, de, varmı heç?
Arxaya bax, bir ömür ötdü
Dostum, ora kimlər gəlib, kimlər getdi...

Trivia about the song İki Doğma İnsan (Solo) by Miri Yusif

When was the song “İki Doğma İnsan (Solo)” released by Miri Yusif?
The song İki Doğma İnsan (Solo) was released in 2013, on the album “Ağ Qarğa”.
Who composed the song “İki Doğma İnsan (Solo)” by Miri Yusif?
The song “İki Doğma İnsan (Solo)” by Miri Yusif was composed by MC Murad.

Most popular songs of Miri Yusif

Other artists of