Mən Gedəcəm

MC Murad

[Bənd 1]
Mən həmin o itirilmiş vicdan
Mən xoşbəxtlik axtaran insan
Çox yorulmuşam bu yollardan

Səhnələrdən, pərdələrdən və rollardan
Bir gün qərib ellərə köçəcəm buralardan

[Keçid]
Hamımız möhtacıq Tanrının rəhminə
Dua et ki, düşməyək fələyin zəhminə
Ya rəbb!
Göndər mərhəmətindən bəndələrin qəlbinə
Qoy bitməsin sevgilər
Necə ki, bitdi "Zaur və Təhminə"

[Nəqərat]
Gəmilər aparır bizi tənha limana
Səmalar çağırır bizi sirli cahana
"Əlvida" demədən
Bu qəddar zamandan mən gedəcəm
(Ölənəcən mən sevəcəm)

Gəmilər aparır bizi tənha limana
Səmalar çağırır bizi sirli cahana
Bağışla, ay ata, bağışla
Can anam, mən gedəcəm
(Buraları tərk edəcəm)

[Bənd 2]
Mən daxili qocalmış aslan
Mən bağları saralmış bağban
Xəstə könlümdə hər an üsyan

Mən bezmişəm köksüz bitən yalanlardan
Uydurulma qəhrəmanlardan

[Keçid]
Hamımız möhtacıq Tanrının rəhminə
Dua et ki, düşməyək fələyin zəhminə
Ya rəbb!
Göndər mərhəmətindən bəndələrin qəlbinə
Qoy bitməsin sevgilər
Necə ki, bitdi "Zaur və Təhminə"

[Nəqərat]
Gəmilər aparır bizi tənha limana
Səmalar çağırır bizi sirli cahana
"Əlvida" demədən
Bu qəddar zamandan mən gedəcəm
(Ölənəcən mən sevəcəm)

Gəmilər aparır bizi tənha limana
Səmalar çağırır bizi sirli cahana
Bağışla, ay ata, bağışla
Can anam, mən gedəcəm
(Buraları tərk edəcəm)

Trivia about the song Mən Gedəcəm by Miri Yusif

When was the song “Mən Gedəcəm” released by Miri Yusif?
The song Mən Gedəcəm was released in 2013, on the album “Ağ Qarğa”.
Who composed the song “Mən Gedəcəm” by Miri Yusif?
The song “Mən Gedəcəm” by Miri Yusif was composed by MC Murad.

Most popular songs of Miri Yusif

Other artists of