Yarım Dünya

Anar İsayev, Miri Yusif

[Bənd 1]
Kim deyər mənə?
Mən yaxşı insanam, ya pis?
Günahlarım çoxdurmu tərəzidə?
Ya da sor mənə xəbərsiz...

Kim deyər mənə?
Bu yalandır, ya hədis?
Göz yaşları çoxdurmu cənazəmdə?
Ya da nərdivan pilləsiz...

[Nəqərat]
Yarama duz səpmə, yarım dünya
Yarama duz səpmə, yarım dünya
Həyatımdan həzz ala bilmirəm
Qanımda damla-damla ağla

Yarama duz səpmə, yarım dünya
Yarama duz səpmə, yarım dünya
Həyatımdan həzz ala bilmirəm
Qanımda damla-damla ağla

[Bənd 2]
Kim deyər mənə?
Bu yuxudur, ya gerçək?
Səhvlərimin çirkli geyimləri
Ya da səbrimə xətt çək...

Kim deyər mənə?
Ümid varmı, ya “əl çək”?
Əzilən ruhumdur, ya şeirlərim?
Ya da tənha bir ürək...

[Nəqərat]
Yarama duz səpmə, yarım dünya
Yarama duz səpmə, yarım dünya
Həyatımdan həzz ala bilmirəm
Qanımda damla-damla ağla

Yarım dünya
Yarım dünya
Yarım dünya
Yarım dünya

[Bənd 3]
Kim deyər mənə?
Sevgi safdır, ya azğın?
Məni mənsizliyə sürgün edən
Ya zamandır, ya basqı

Kim deyər mənə?
Varlığım nəyimə lazım?
Kimsəsiz dayanacağa yol gedəm
Orada qorxuram azım

[Nəqərat]
Yarama duz səpmə, yarım dünya
Yarama duz səpmə, yarım dünya
Həyatımdan həzz ala bilmirəm
Qanımda damla-damla ağla

Yarama duz səpmə, yarım dünya
Yarama duz səpmə, yarım dünya
Həyatımdan həzz ala bilmirəm
Qanımda damla-damla ağla

Yarım dünya
Yarım dünya
Yarım dünya
Yarım dünya

[Çıxış]
Kim deyər mənə?
Kim deyər mənə?
Kim deyər mənə?
Kim deyər mənə?
Yarım dünya...

Trivia about the song Yarım Dünya by Miri Yusif

When was the song “Yarım Dünya” released by Miri Yusif?
The song Yarım Dünya was released in 2013, on the album “Ağ Qarğa”.
Who composed the song “Yarım Dünya” by Miri Yusif?
The song “Yarım Dünya” by Miri Yusif was composed by Anar İsayev, Miri Yusif.

Most popular songs of Miri Yusif

Other artists of