Çarə

İstədim dünyanı, sonunda dünyamı tapdım
Gözəllik hər yanı, bunları xəyaldı sandım
Buludlar ağ çərpələng, ulduzlar da rəngbərəng
Bunları görmək gərək, mümkün necə bu ahənglər

Danışsaq həyatın nağılından
Bir sən varsan, digər heç kim yox
Maneələr olur arada
Keçir gedir qalır düzgün yol

Səninlə hərşey bir başqa
Səninlə hərşeyə ümidim var
Hər şey gözəldi ən başdan
Gözləyir gələcəyə addımlar

Sən mənə çarə, yoxdu ifadə
Hislərə sanki, indi bu aləm
Oldu bəhanə çünki

Mən çox şeylərdən qaçdım, düşündüm budu əlacım
Yoluma işığı saçdın, bildim varmış inancım da

Bir tək sən anlarsan, indi bir tək sən varsan da(ha)

Düşünməzdim həyatımı səninlə belə
Geri qalan hərşey, sənə qədər yalan
Bölünüb qəlbim daha iki yerə
Sənsiz rənglər büs-bütün qara
Sən mənə çarə, yoxdu ifadə
Hislərə sanki, indi bu aləm
Oldu bəhanə çünki
Sən mənə çarə, yoxdu ifadə
Hislərə sanki, indi bu aləm
Oldu bəhanə çünki
Sən mənə çarə, yoxdu ifadə
Hislərə sanki, indi bu aləm
Oldu bəhanə çünki
Sən mənə çarə, yoxdu ifadə
Hislərə sanki, indi bu aləm
Oldu bəhanə çünki

Most popular songs of Nelson

Other artists of Hard rock