Təkrar
Özünü tap, özünü kəşf et, özünü tanı
Sözünü dananlar, əlbət özünü danır
Bir vaxt ətrafında olan indi hanı?
Hanı, hanı, hanı, hanı, hanı, hanı?
Fikirləri cəm edir yenə düşüncəm
Zənnimcə bu rep oyun, bu iş çox incə
Düşürəm yada yenə işim düşüncə
İşim düşüncə, mənim işim
Düşün, necə olur heca? Misra olur neçə?
Mismar olmaq üçün söz israr olur gecə
Vecə almasan olmur, lap alsan da vecə
Ölüm gəlir dalımca, ömür gedir heçə
Hamıdan qaç, yenə içdə tək qal
Pis fikirlər getmir, tək istək var (getsin)
Hər gün fərqli, mənə gəlir təkrar
Hər gün fərqli, mənə gəlir təkrar
Hamıdan qaç, yenə içdə tək qal
Pis fikirlər getmir, tək istək var
Hər gün fərqli, mənə gəlir təkrar
Hər gün fərqli, mənə gəlir təkrar