Uzaqlardan Məktub

Orkhan Zeynalli

[Bənd 1]
Əziz atam və anam, sağ olun ki, böyütdünüz məni
Mən ola bilərdim indi küçədə dilənənlərdən biri
Döşəməsi soyuq mərmərdən yığılan kobud şəhərdə
Deyiləm sevinənlərdən ki, növbəti gün oyanıb diri

Mənim uşaqlığım keçdi də müharibə illərində
Həyətdə oynayanda valideynlər çörək növbələrində
Susuz günlər çevrilirdi su daşıma əyləncəsinə
Ala biləcəyim hər dərdə göstərdiniz hamıdan öncə sinə

Əziz atam və anam, siz bəzən dalaşırdınız
Gözümü yumub, qorxub istəyirdim evdən qaçmaq
Siz mənə bilmədən bəlkə də göstərdiniz həyatın üzün
Mən hələ də bilmirəm nədir spirtli içkinin qapağını açmaq

“Böyüyüb soyuq biri olacam” - deyib bərk qucaqlamaq
Uşaqlığa qayıtmaq bir neçə dəqiqəlik heç olmasa
Həyatda qırdığın qəlbləri geri qaytarmaq ki, sonra
Başdaşını qucaqlayıb “Bağışla” demək gec olmasın

[Bənd 2]
Əziz atam və anam, sizə deyiləcək sözüm çox
Mənim uşaqlıqda az olub oyuncağım, amma gözüm tox
Çətin vəziyyətlərdə düzgün addım atmağı öyrətdiniz
Mənə görə təvəllüd göstərmir insanın böyüklüyünü

İçimə qapandım illərlə, azaldı səsim, küyüm
Alışıb yansam, bu torpağa istəmərəm tökülsün külüm
Məni isidərsən, gülüm, mahnılar olmayanda
Bu şəhər yaman boş görünür insanlıq olmayandan

Əziz atam və anam, siz günahkar deyilsiniz
Bir dənə çirkli yağışa görə buludlar ola bilməz cavabdeh
Bir qurtum su istəyəndə bir okean verirsiniz
Dilənçi yaxşı görər sevgi hərdən isitməz, əzab verir

Həqiqət qorumaqdırsa ailəni, vətəni, evi
Gənclik vəfasız quş kimi əylənib, tükənib gedir
Qalır təkcə insanlıq qışda sadiq sərçətək
O heç vaxt uçmayacaq, gəl bir ömürlük mərc edək

Trivia about the song Uzaqlardan Məktub by Orkhan Zeynalli

When was the song “Uzaqlardan Məktub” released by Orkhan Zeynalli?
The song Uzaqlardan Məktub was released in 2014, on the album “2009-2015 Singles”.

Most popular songs of Orkhan Zeynalli

Other artists of