O Gecə Yata Bilmir
[Bənd 1]
Gecənin yorğunluğu, gözlərin axır
Telefonu bir qırağa atıb düşünür o nəsə
Heç biriniz ona heç bir söz deməyin, buraxın
Otağın hər pəncərəsi bağlı, üşüyür o, deyəsən
O bezib hamıdan, çəkib siqaretin külün
Unudub atmağa və kül üstünə tökülür
O qalxır ayaq üstə ki, pəncərəni açsın
Bir az içəri hava girsin və birdən baxıb görür
[Nəqərat]
Gecə saat 4, gecə, gecə saat 4 (gecə saat 4, gecə, gecə saat 4)
O görür gecə saat 4, gecə, gecə saat 4 (gecə saat 4, gecə, gecə saat 4)
Gecə saat 4, gecə saat 4, gecə saat 4, gecə saat 4
[Bənd 2]
Tavandan asılan lüstr görünmür tüstüdən (O, gecə yata bilmir)
Alından süzülən tər buxarlanır istidən (O, gecə heç yatmır)
Tavandan asılan lüstr görünmür tüstüdən
Alından süzülən tər buxarlanır istidən (O, gecə yata bilmir)
O gecə yata bilmir dərddən, çox qorxur
Yatsa, birdən arzularını sayıqlayar bərkdən
O gecə yata bilmir, gözləri qıpqırmızıdır
Səhərə qədər dərs oxuyur, girsin ali məktəbə
O gecə yata bilmir xəstəlikdən, tir-tir əsir
Öskürür siqareti külqabıya basıb filtri əzir
O birdən qapının səsini eşidib, özünü tez-tələsik düzəldir ki
Heç kim heç nə bilməsin, tez gülümsəyir
O, gecə yata bilmir, sevgilisindən ayrılıb
Darıxır, qışqırır adını, hönkür-hönkür ağlayır
O xəstə ağrıyır, ona hüzur qonaq gələndə
O, qapını açmaqdansa çaşıb qapını bağlayır
O, gecə yatmamaqdan həzz alır, amma görünür halsız
Gecələr yatmaq üçün deyil, onun üçün yazmaq üçündür
O, uca zirvələri kiçildib nəsə yazır yenə, məqsədlər böyüdür onu
(O kimdir?) O, mənəm
[Nəqərat]
Gecə saat 4, gecə, gecə saat 4 (gecə saat 4, gecə, gecə saat 4)
O görür gecə saat 4, gecə, gecə saat 4 (gecə saat 4, gecə, gecə saat 4)
Gecə saat 4, gecə saat 4, gecə saat 4, gecə saat 4
[Çıxış]
Gecəni başa düş və ona yaxın ol
Ona toxun, çünki o, səni istəyir
Gecənin qoxusunu içinə al, qorxma
Onu tütünlə qarışdır, son çək
Buraxma, onu buraxma