İnanmaram
[Bənd 1]
Gözlərəm səni
Gəl, üzmə məni
Gəl, ay yarım
Gözüm qalıb yollarında
Güllər açıldı
Bülbüllər ötdü
Harda qaldın?
Gözəl yarım qaldı harda?
[Keçid]
Deyirlər, məndən
Üz döndərmisən
Mən bu sözlərə
İnanmaram, inanmaram
Özgə birinə
Könül vermisən
Mən bu sözlərə
İnanmaram, inanmaram
[Nəqərat]
O gözlərdən, o gözlərdən
Küsərəm mi, küsərəmmi?
Ayrılığa, ayrılığa
Dözərəm mi, dözərəmmi?
Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an
Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an
[Bənd 2]
Laləli düzdə
Cığırda, izdə
Qoşa gəzib
Yığırdıq biz bənövşələr
Bu sevgimizin
Şahidi olub
Buz bulaqlar, göy çəmənlər
O gülşənlər
[Keçid]
Deyirlər, məni
Sən unutmusan
Mən bu sözlərə
İnanmaram, inanmaram
Əhdimizə sən
Dönük çıxmısan
Mən bu sözlərə
İnanmaram, inanmaram
[Nəqərat]
O gözlərdən, o gözlərdən
Küsərəm mi, küsərəmmi?
Ayrılığa, ayrılığa
Dözərəm mi, dözərəmmi?
Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an
Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an
[Keçid]
Deyirlər, məndən
Üz döndərmisən
Mən bu sözlərə
İnanmaram, inanmaram
Özgə birinə
Könül vermisən
Mən bu sözlərə
İnanmaram, inanmaram
[Nəqərat]
O gözlərdən, o gözlərdən
Küsərəm mi, küsərəmmi?
Ayrılığa, ayrılığa
Dözərəm mi, dözərəmmi?
Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an
Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an