Bir də baxım bu dünyaya

Baba Vəziroğlu

Ömür kimi axıb gedən
Bir də bu çay axmaz belə
O gözələ bir də baxım
Bir də dönüb baxmaz belə...

Mən doymadım xəzanından
Baharında gözüm qaldı
Yel əsdikcə pıçıldaşan
Çinarlara sözüm qaldı...

İnsan yalnız nağıllarda
Arzulara çatar, gedər
Bir də baxım bu dünyaya
Ömür keçər, qatar gedər...

Bir də baxım axan çaya
Çıxan Günə, doğan Aya
Qismət ola, ya olmaya -
Bir də baxım bu dünyaya!

Trivia about the song Bir də baxım bu dünyaya by Tünzalə

When was the song “Bir də baxım bu dünyaya” released by Tünzalə?
The song Bir də baxım bu dünyaya was released in 2004, on the album “Bir Də Baxım”.
Who composed the song “Bir də baxım bu dünyaya” by Tünzalə?
The song “Bir də baxım bu dünyaya” by Tünzalə was composed by Baba Vəziroğlu.

Most popular songs of Tünzalə

Other artists of