Düzələn Deyil Həyat

Səməd Vurğun, Tünzalə

[Bənd 1]
Gecə yalnız, gecə sakit, gecə lal
Nə qədər uçsa da, uçduqca xəyal
Udur insanı bu zülmətli gecə
Bu vəfasız gecə

Gecə yalnız, gecə sakit, gecə lal
Nə qədər uçsa da, uçduqca xəyal
Udur insanı bu zülmətli gecə
Bu vəfasız gecə

[Nəqərat]
Ay uzaqlarda küsüb, gendə durur
Məni yelkən kimi fikrim uçurur
Döyür ətrafımı şiddətli boran
Sevgilimdir başım üstündə duran

Ay uzaqlarda küsüb, gendə durur
Məni yelkən kimi fikrim uçurur
Döyür ətrafımı şiddətli boran
Sevgilimdir başım üstündə duran

[Bənd 2]
Yuxusuz gözləri hərdən süzülür
Baxıb əhvalıma candan üzülür
Yuxusuz gözləri hərdən süzülür
Baxıb əhvalıma candan üzülür

[Nəqərat]
Və deyir: “Yazma, yazıqsan, daha yat
Düzələn şey deyil, onsuz da həyat
Nə mürəkkəb, nə kağız qalmadı, dur
Bu əsr şairi vaxtsız unudur”

Və deyir: “Yazma, yazıqsan, daha yat
Düzələn şey deyil, onsuz da həyat
Nə mürəkkəb, nə kağız qalmadı, dur
Bu əsr şairi vaxtsız unudur”

Deyir ki: “Yazma, yazıqsan, daha yat
Düzələn şey deyil, onsuz da həyat
Nə mürəkkəb, nə kağız qalmadı, dur
Bu əsr şairi vaxtsız unudur”

Deyir ki: “Yazma, yazıqsan, daha yat
Düzələn şey deyil, onsuz da həyat
Nə mürəkkəb, nə kağız qalmadı, dur
Bu əsr şairi vaxtsız unudur”

Trivia about the song Düzələn Deyil Həyat by Tünzalə

When was the song “Düzələn Deyil Həyat” released by Tünzalə?
The song Düzələn Deyil Həyat was released in 2002, on the album “Sevdi Can Səni”.
Who composed the song “Düzələn Deyil Həyat” by Tünzalə?
The song “Düzələn Deyil Həyat” by Tünzalə was composed by Səməd Vurğun, Tünzalə.

Most popular songs of Tünzalə

Other artists of