Oxu (Vokaliz)

Tünzalə, Mikayıl Müşfiq

Oxu, sevdiciyim, öz həvəsinlə
İlham qanadlanır sənin səsinlə
Nəğməndə oyansın sellərin səsi
Dan yerindən əsən yellərin səsi

Gülləri qoxlayan bir rüzgar kimi
Qumları oxşayan dalğalar kimi
Titrəyən, çağlayan nəğmən olaydım
Ürəyindən qopan səs mən olaydım

Oxu, qüvvət gəlsin şeirə, sənətə
Könlümün quşunu gətir heyrətə
Nə qədər bənzəyir, vardım fərqinə
Ömrümün ahəngi sənin şərqinə
Ürək kövrəkləşir sən oxuyanda
Sən də dinləsəydin mən oxuyanda
Oxu, sevdiciyim, öz həvəsinlə
İlham qanadlanır sənin səsinlə

Oxu, qüvvət gəlsin şeirə, sənətə
Könlümün quşunu gətir heyrətə
Nə qədər bənzəyir, vardım fərqinə
Ömrümün ahəngi sənin şərqinə
Ürək kövrəkləşir sən oxuyanda
Sən də dinləsəydin mən oxuyanda
Oxu, sevdiciyim, öz həvəsinlə
İlham qanadlanır sənin səsinlə

Trivia about the song Oxu (Vokaliz) by Tünzalə

When was the song “Oxu (Vokaliz)” released by Tünzalə?
The song Oxu (Vokaliz) was released in 2004, on the album “Bir Də Baxım”.
Who composed the song “Oxu (Vokaliz)” by Tünzalə?
The song “Oxu (Vokaliz)” by Tünzalə was composed by Tünzalə, Mikayıl Müşfiq.

Most popular songs of Tünzalə

Other artists of