Pərvanə

Tünzalə, Gülağa Tənha

[Bənd 1]
Əynindən soyunub qaranlıqları
Qədərin hökmündən ayrılıb gəlir
Pərvanə can atır şam işığına
Gecənin içindən sıyrılıb gəlir

Əynindən soyunub qaranlıqları
Qədərin hökmündən ayrılıb gəlir
Pərvanə can atır şam işığına
Gecənin içindən sıyrılıb gəlir

[Nəqərat]
Necə möcüzədir, İlahi, görən
Ölümə gələnlər beləmi gəlir?!
Əcəli gizlənib qanadlarında
Ömürdən sıyrılıb ölümə gəlir

“Ocaq” deyək dünyanın dərdini daşıyanlara
“Nur” deyək pərvanə ömrü yaşayanlara

[Bənd 2]
Sevgisi ömürdür
Bu sevgisiylə
Tək gəlib dünyaya, cahana Tənha!
Pərvanəlik var xislətində
Tənha – pərvanədir
Pərvanə – Tənha!

[Nəqərat]
Necə möcüzədir, İlahi, görən
Ölümə gələnlər beləmi gəlir?!
Əcəli gizlənib qanadlarında
Ömürdən sıyrılıb ölümə gəlir

“Ocaq” deyək dünyanın dərdini daşıyanlara
“Nur” deyək pərvanə ömrü yaşayanlara

“Ocaq” deyək dünyanın dərdini daşıyanlara
“Nur” deyək pərvanə ömrü yaşayanlara

Trivia about the song Pərvanə by Tünzalə

When was the song “Pərvanə” released by Tünzalə?
The song Pərvanə was released in 2010, on the album “Building Our Peace”.
Who composed the song “Pərvanə” by Tünzalə?
The song “Pərvanə” by Tünzalə was composed by Tünzalə, Gülağa Tənha.

Most popular songs of Tünzalə

Other artists of