Qızım

Tünzalə

[Bənd 1]
Gözümün önündə böyüdün günbəgün
Ay qızım, hələ də körpəsən mənimçün
Yoluna nur paylar hər arzum, diləyim
Bir layla pıçıldar yenə də ürəyim

[Nəqərat]
Bəxtinə açılsın sevincin qolları
Səadət bəzəsin getdiyin yolları
Bir xeyir-duadır qəlbimin sözləri
Xoş günlər gözləyir ana gözləri

[Bənd 2]
Sevdalı bahardır sənin gül nəfəsin
Ay qızım, taleyin qəm-qüssə görməsin
Varlığın bir ömür, bir ümid nəğməsi
Səninlə yaşayır bu ana sevgisi

[Nəqərat]
Bəxtinə açılsın sevincin qolları
Səadət bəzəsin getdiyin yolları
Bir xeyir-duadır qəlbimin sözləri
Xoş günlər gözləyir ana gözləri

Bəxtinə açılsın sevincin qolları
Səadət bəzəsin getdiyin yolları
Bir xeyir-duadır qəlbimin sözləri
Xoş günlər gözləyir ana gözləri
Ana gözləri, ana gözləri...

Trivia about the song Qızım by Tünzalə

When was the song “Qızım” released by Tünzalə?
The song Qızım was released in 2022, on the album “Salamat Qal”.
Who composed the song “Qızım” by Tünzalə?
The song “Qızım” by Tünzalə was composed by Tünzalə.

Most popular songs of Tünzalə

Other artists of