Sən Naz İlə Gül

Əliağa Vahid, Tünzalə

[Bənd 1]
Sən zülfünü aç tök üzünə, şanəsi məndən
Zənciri nişan ver mənə, divanəsi məndən
Sən zülfünü aç tök üzünə, şanəsi məndən
Zənciri nişan ver mənə, divanəsi məndən

Sən aşiqi yandırmağa, mən yanmağa mail
Sən şəmini göstər mənə, pərvanəsi məndən
Sən aşiqi yandırmağa, mən yanmağa mail
Sən şəmini göstər mənə, pərvanəsi məndən

[Nəqərat]
Sən naz ilə gül ki, sədəfin qiyməti artsın
Göz yaşı kimi incisi, dürdanəsi məndən
Sən naz ilə gül ki, sədəfin qiyməti artsın
Göz yaşı kimi incisi, dürdanəsi məndən

[Bənd 2]
Zülfün qədəri aşiq olan var sənə, ey gül
Sən söylə o Məcnunları, əfsanəsi məndən

Sərməst gözün fitnə, ləbin nəşəli badə
İçdir mənə ol badəni, peymanəsi məndən
Sərməst gözün fitnə, ləbin nəşəli badə
İçdir mənə ol badəni, peymanəsi məndən

[Nəqərat]
Sən naz ilə gül ki, sədəfin qiyməti artsın
Göz yaşı kimi incisi, dürdanəsi məndən
Sən naz ilə gül ki, sədəfin qiyməti artsın
Göz yaşı kimi incisi, dürdanəsi məndən

Sən naz ilə gül ki, sədəfin qiyməti artsın
Göz yaşı kimi incisi, dürdanəsi məndən
Sən naz ilə gül ki...
Göz yaşı kimi incisi, dürdanəsi məndən

Trivia about the song Sən Naz İlə Gül by Tünzalə

When was the song “Sən Naz İlə Gül” released by Tünzalə?
The song Sən Naz İlə Gül was released in 2022, on the album “Salamat Qal”.
Who composed the song “Sən Naz İlə Gül” by Tünzalə?
The song “Sən Naz İlə Gül” by Tünzalə was composed by Əliağa Vahid, Tünzalə.

Most popular songs of Tünzalə

Other artists of