Həyatımla Oynama

Vahid Əziz, Eldar Mansurov

Yar gəlməyi gumana qalar
Ümid dağda dumana qalar
Biz gedərik zəmanə qalar
Biz gedərik sevgi qalar

Biri eşqin dadına uyar
Biri gözəl adına uyar
Biri eşqin özünü duyar
Hər göz yaşı bir məhəbbət

Hər çiçəyin sözünə uyma
Hər gözəli yaxına qoyma
Taleyimlə belə oynama
Həyatımla belə oynama
Bu həyatın bir üzü kindir
Qəlbi qara, üzü çirkindir
Ürəyinin hakimi kimdir
Ürəyimi belə sınama

Bir yasəmən budağı yan gəl
Bir ayrılıq yarpağı yan gəl
Bir xatirə bulağı yan gəl
Yara möhtac bir ürəyəm

Bu xəbərdən xəbərin varmı
Məni gözün heç axtarırmı
Bu ilk bahar, son baharmı
Mən heç bunu bilmirəm yar

Hər çiçəyin sözünə uyma
Hər gözəli yaxına qoyma
Taleyimlə belə oynama
Həyatımla belə oynama
Bu həyatın bir üzü kindir
Qəlbi qara, üzü çirkindir
Ürəyinin hakimi kimdir
Ürəyimi belə sınama

Trivia about the song Həyatımla Oynama by Aygün Kazımova

On which albums was the song “Həyatımla Oynama” released by Aygün Kazımova?
Aygün Kazımova released the song on the albums “Göz yaşımı yar silə” in 1998, “Sənsizliyim” in 2000, “Aygün Kazımovanın İfaları” in 2016, and “Eldar Mansurovun Mahnıları” in 2021.
Who composed the song “Həyatımla Oynama” by Aygün Kazımova?
The song “Həyatımla Oynama” by Aygün Kazımova was composed by Vahid Əziz, Eldar Mansurov.

Most popular songs of Aygün Kazımova

Other artists of Pop