İstəmirəm

Baba Vəziroğlu, Tünzalə

İstəmirəm... İstəmirəm

Göy üzündə durna uçsa
Qərənfillər ətir saçsa
Bütün dünya çiçək olsa
Sənsiz bahar istəmirəm

Dərin sular dayaz olsa
Aylı gecə ayaz olsa
Bütün dünya bəyaz olsa
Ələnsə qar...
İstəmirəm... istəmirəm

Qibləm sənə sarı
Uzatmışam qollarımı
Sənsiz həyat yollarımı
Duman alar istəmirəm...

Dərin sular dayaz olsa
Aylı gecə ayaz olsa
Bütün dünya bəyaz olsa
Ələnsə qar...
İstəmirəm... istəmirəm

Neyləyirəm göy çəməni
Sənsiz açan yasəməni
Neyləyirəm göy çəməni
Sənsiz açan yasəməni
Bütün dünya sevsə məni
Sevməzsə yar
İstəmirəm... İstəmirəm...
Sevməzsə yar
İstəmirəm... İstəmirəm...

Trivia about the song İstəmirəm by Aygün Kazımova

When was the song “İstəmirəm” released by Aygün Kazımova?
The song İstəmirəm was released in 2005, on the album “Sevərsənmi”.
Who composed the song “İstəmirəm” by Aygün Kazımova?
The song “İstəmirəm” by Aygün Kazımova was composed by Baba Vəziroğlu, Tünzalə.

Most popular songs of Aygün Kazımova

Other artists of Pop