Qayıt Gəl

Tufan Tərlanoğlu, Eldar Mansurov

Ayrılığın ürəyimə dərd olub
Əzabından sevinc payım qərq olub
Qüssədən baxçamda güllər də solub
O güllərin xatirinə qayıt gəl

Sənsiz könlüm sanki qara bağlayır
Hicran odu ürəyimi dağlayır
Gözlərimdən şəlalələr çağlayır
O gözlərin xatirinə qayıt gəl

Sevgimizin xatirinə qayıt gəl
Bu gözlərin xatirinə qayıt gəl
Eşqimizin xatirinə qayıt gəl
O günlərin xatirinə qayıt gəl

Sənsiz məndən dəniz, bulaq, çay küsüb
Günəş də inciyib, ulduz, ay küsüb
Gülşənlər saralıb, bülbüllər susub
Bülbüllərin xatirinə qayıt gəl

Həsrət gözü yanağıma salıb iz
Yaşayıram indi eşqsiz, həvəssiz
Gün var idi, qala bilmirdin mənsiz
O günlərin xatirinə qayıt gəl

Sevgimizin xatirinə qayıt gəl
Bu gözlərin xatirinə qayıt gəl
Eşqimizin xatirinə qayıt gəl
O günlərin xatirinə qayıt gəl

Trivia about the song Qayıt Gəl by Aygün Kazımova

On which albums was the song “Qayıt Gəl” released by Aygün Kazımova?
Aygün Kazımova released the song on the albums “Göz yaşımı yar silə” in 1998, “Sənsizliyim” in 2000, “Aygün Kazımovanın İfaları” in 2016, and “Eldar Mansurovun Mahnıları” in 2021.
Who composed the song “Qayıt Gəl” by Aygün Kazımova?
The song “Qayıt Gəl” by Aygün Kazımova was composed by Tufan Tərlanoğlu, Eldar Mansurov.

Most popular songs of Aygün Kazımova

Other artists of Pop