O Qadın

Сергей Трофимов (Sergei Trofimov), İkram Əliyev

[Bənd 1]
Dünyanın işinə bax
Nə gözəldir bu gecə!
Otumuşuq üz – üzə
Ürəklər yaxın

Saatına baxaraq
“Gedim” deyər indicə
İndi mənim yanımda
Oturan qadın

Saatına baxaraq
“Gedim” deyər indicə
İndi mənim yanımda
Oturan qadın

[Nəqərat]
Gecələr yuxusuzdur
Yalnız mənim könlümdə
Məni özündən artıq
İstəyən qadın

Hər görüşün sonunda
Həsrət qalır qəlbimdə
Arxamca qapısından
Su atan qadın

Hər görüşün sonunda
Həsrət qalır qəlbimdə
Arxamca qapısından
Su atan qadın

[Bənd 2]
Mənim öz ailəm var
Qəribədir bu qismət
Məndən ayrılıb getsən
Qalaram həsrət

Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Bir gün ayrılıb gedər
Sevdiyim qadın

Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Bir gün ayrılıb gedər
Sevdiyim qadın

[Nəqərat]
Dünyanın işinə bax
Nə gözəldir bu gecə!
Otumuşuq üz – üzə
Ürəklər yaxın

Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Bir gün ayrılıb gedər
Sevdiyim qadın

Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Məndən ayrılıb gedər
Sevdiyim qadın

Məndən ayrılıb getmə
Sevdiyim qadın
Məndən ayrılıb getmə
Sevdiyim qadın

Trivia about the song O Qadın by Ədalət Şükürov

When was the song “O Qadın” released by Ədalət Şükürov?
The song O Qadın was released in 2004, on the album “Qoca Çinar”.
Who composed the song “O Qadın” by Ədalət Şükürov?
The song “O Qadın” by Ədalət Şükürov was composed by Сергей Трофимов (Sergei Trofimov), İkram Əliyev.

Most popular songs of Ədalət Şükürov

Other artists of