Qırmızı Yaylıq

Ədalət Şükürov

[Bənd 1]
Üçüncü sinifdə oxuyurdum
Dərsləri azacıq bilirdim
Anamın qırmızı yaylığını
Gizlincə mən sənə gətirdim

Anamın o qırmızı yaylığı
Sənin tellərini bəzədi
Bilmirəm anam onu bildimi?
Amma mənə bir söz demədi

[Nəqərat]
Qırmızı, qırmızı, qırmızı yaylığı
Gəlib sənə hədiyyə etdim
Bu qırmızı, qırmızı, qırmızı yaylığı
Bir gün evdən götürüb getdin

Qırmızı, qırmızı, qırmızı yaylıqdır
O günlərdən xatirə qaldı
Qırmızı, qırmızı, qırmızı yaylıqdır
Bəlkə məni yadına saldı?

[Bənd 2]
İndi mən səndən ayrı qalsam da
Bilmirəm, kiminlə haradasan?
Qırmızı yaylıqlı qız görəndə
O an səni yada salıram

Kaş məktəb illəri bitməyəydi!
Görəydim səni mən hər səhər
Ürəyim səni heç unutmayır
Aradan keçsə də çox illər

[Nəqərat]
Qırmızı, qırmızı, qırmızı yaylığı
Gəlib sənə hədiyyə etdim
Bu qırmızı, qırmızı, qırmızı yaylığı
Bir gün evdən götürüb getdin

Qırmızı, qırmızı, qırmızı yaylıqdır
O günlərdən xatirə qaldı
Qırmızı, qırmızı, qırmızı yaylıqdır
Bəlkə məni yadına saldın?

[Bənd 3]
Ay ana, indi oğlun böyüyüb
Daha evdən yaylığın itməz
Bu gün keçmişə döndüm bir anlıq
O şirin xatirələr bitməz

Bir vaxt evdən yaylıq apardım mən
O yaylığın qayıtmaz geri
İndi hədiyyəni qəbul elə
Bu da o yaylıqlardan biri

[Nəqərat]
Qırmızı, qırmızı, qırmızı yaylığı
Gəlib sənə hədiyyə etdim
Bu qırmızı, qırmızı, qırmızı yaylığı
Bir gün evdən götürüb getdin

Qırmızı, qırmızı, qırmızı yaylıqdır
O günlərdən xatirə qaldı
Qırmızı, qırmızı, qırmızı yaylıqdır
Bəlkə məni yadına saldın?
Bəlkə məni yadına saldın?

Trivia about the song Qırmızı Yaylıq by Ədalət Şükürov

When was the song “Qırmızı Yaylıq” released by Ədalət Şükürov?
The song Qırmızı Yaylıq was released in 2005, on the album “İtirdim”.
Who composed the song “Qırmızı Yaylıq” by Ədalət Şükürov?
The song “Qırmızı Yaylıq” by Ədalət Şükürov was composed by Ədalət Şükürov.

Most popular songs of Ədalət Şükürov

Other artists of