Yada Sal Məni, Sevgilim

Ədalət Şükürov, Vüqar Əbdülov

[Bənd 1]
Sevgilim, nələr oldu sən gedən gündən
Bir gün sevgi küsdü bizim hər ikimizdən
Ayrılığın gözü doymur əzab çəkəndən
Həzz alır ayırıb bizi bir-birimizdən

Parça-parça oldu sevgi
Səpələndi şüşə kimi
Sən gedən gündən
Sən gedən gündən

Parça-parça oldu sevgi
Səpələndi şüşə kimi
Sən gedən gündən
Sən gedən gündən

[Nəqərat]
Yada sal məni, sevgilim
Yazda çiçəklər açanda
Yada sal məni, sevgilim
Yayda Nabranda qalanda

Yada sal məni, sevgilim
Payızda yağış yağanda
Yada sal məni, sevgilim
Qışda qar, çovğun olanda
Yada sal məni, sevgilim

[Bənd 2]
Sevgilim, nələr gördüm sən gedən gündən
Tənha qaldım, əzab çəkdim mən həmin gündən
Kimsə baxdı yazıq-yazıq halıma yandı
Kimsə bir təsəlli vermək istədi hərdən

İçin-için ağlayırdım
Qayıt, səni çağırırdım
Sən gedən gündən
Sən gedən gündən

Ah! İçin-için ağlayırdım
Qayıt, səni çağırırdım
Sən gedən gündən
Sən gedən gündən

[Nəqərat]
Yada sal məni, sevgilim
Yazda çiçəklər açanda
Yada sal məni, sevgilim
Yayda Nabranda qalanda

Yada sal məni, sevgilim
Payızda yağış yağanda
Yada sal məni, sevgilim
Qışda qar, çovğun olanda
Yada sal məni, sevgilim

[Bənd 3]
Sevgilim, danış görüm, sən nələr gördün?
Dostum dedi, bir məclisdə səni də gördü
Eşitdim ki, danışanda adımı çəkdin
Kövrəlmişdin, sağlığıma şərab da içdin

Ocaq yandı külə döndü
Göydə ulduz yanıb söndü
Sən gedən gündən
Sən gedən gündən

Can aman, ocaq yandı külə döndü
Göydə ulduz yanıb söndü
Sən gedən gündən
Sən gedən gündən

[Nəqərat]
Yada sal məni, sevgilim
Yazda çiçəklər açanda
Yada sal məni, sevgilim
Yayda Nabranda qalanda

Yada sal məni, sevgilim
Payızda yağış yağanda
Yada sal məni, sevgilim
Qışda qar, çovğun olanda
Yada sal məni, sevgilim

Trivia about the song Yada Sal Məni, Sevgilim by Ədalət Şükürov

When was the song “Yada Sal Məni, Sevgilim” released by Ədalət Şükürov?
The song Yada Sal Məni, Sevgilim was released in 2008, on the album “Yada Sal Məni, Sevgilim”.
Who composed the song “Yada Sal Məni, Sevgilim” by Ədalət Şükürov?
The song “Yada Sal Məni, Sevgilim” by Ədalət Şükürov was composed by Ədalət Şükürov, Vüqar Əbdülov.

Most popular songs of Ədalət Şükürov

Other artists of