Bilsən Də, Bilməsən Də

Baba Vəziroğlu, Kamaladdin Heydarov

[Bənd 1]
Eşqinə, əhdinə çıxsan da yalan
Yolları bağlasa yağış, qar, duman
Əziz olacaqsan mənə hər zaman
Qədrimi bilsən də, bilməsən də sən
Əziz olacaqsan mənə hər zaman
Qədrimi bilsən də, bilməsən də sən

Könlüm hər itkidən sıxılan deyil
Çinar meh əsməklə yıxılan deyil
Dünyada məhəbbət yox olan deyil
Qədrimi bilsən də, bilməsən də sən
Dünyada məhəbbət yox olan deyil
Qədrimi bilsən də, bilməsən də sən

[Nəqərat]
Səninlə ağlayıb, güləsiyəm mən
Bu eşqi səninlə böləsiyəm mən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən

[Bənd 2]
Bu da bir sevgidir, bir məhəbbətdir
Durna qatarıydı, dağıldı, getdi
Deyərəm, bu da bir nağıldır, bitdi
Qədrimi bilsən də, bilməsən də sən
Deyərəm, bu da bir nağıldır, bitdi
Qədrimi bilsən də, bilməsən də sən

[Nəqərat]
Səninlə ağlayıb, güləsiyəm mən
Bu eşqi səninlə böləsiyəm mən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən

Səninlə ağlayıb, güləsiyəm mən
Bu eşqi səninlə böləsiyəm mən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən

Trivia about the song Bilsən Də, Bilməsən Də by İradə İbrahimova

When was the song “Bilsən Də, Bilməsən Də” released by İradə İbrahimova?
The song Bilsən Də, Bilməsən Də was released in 2004, on the album “Bahar Çiçəyi”.
Who composed the song “Bilsən Də, Bilməsən Də” by İradə İbrahimova?
The song “Bilsən Də, Bilməsən Də” by İradə İbrahimova was composed by Baba Vəziroğlu, Kamaladdin Heydarov.

Most popular songs of İradə İbrahimova

Other artists of