Kimdir Günahkar

Nailə Mirməmmədli, Zakirə Allahverdiyeva

[Bənd 1]
Saçımda iz saldı gümüşü tellər
Alıb gəncliyimi apardı yellər
Arxamca boylandın, ağla – deyirlər
İllərmi günahkar, sənmi, sevgilim?

[Keçid]
İllərlə apardın, sənsiz apardın
Qoyduğun nişanlar çöhrəmdə qaldı
Məhəbbətin saldı məni bu günə
De, mənmi günahkar, sənmi, sevgilim?

[Bənd 2]
Soyuq yatağımda yox hərarətin
Sənsiz buza dönmüş, üşümüş qəlbim
Sevinc qərib düşür, dönüb kədərim
Sevincmi günahkar, sənmi, sevgilim?

[Keçid]
İllərlə apardın, sənsiz apardın
Qoyduğun nişanlar çöhrəmdə qaldı
Məhəbbətin saldı məni bu günə
De, mənmi günahkar, sənmi, sevgilim?

[Nəqərat]
Dedilər – dönəcək, dözümün olsun
Qoyma gözlərimdə çiçəklər solsun
Sevinc aşıb-daşsın, kədəri qovsun
Kədərmi günahkar, sənmi, sevgilim?
İllərmi günahkar, sənmi, sevgilim?

Dedilər – dönəcək, dözümün olsun
Qoyma gözlərimdə çiçəklər solsun
Sevinc aşıb-daşsın, kədəri qovsun
Kədərmi günahkar, sənmi, sevgilim?
İllərmi günahkar, sənmi, sevgilim?

İllərmi günahkar, sənmi, sevgilim?
Kədərmi günahkar, sənmi, sevgilim?
De, mənmi günahkar, sənmi, sevgilim?

Trivia about the song Kimdir Günahkar by İradə İbrahimova

When was the song “Kimdir Günahkar” released by İradə İbrahimova?
The song Kimdir Günahkar was released in 2003, on the album “Get”.
Who composed the song “Kimdir Günahkar” by İradə İbrahimova?
The song “Kimdir Günahkar” by İradə İbrahimova was composed by Nailə Mirməmmədli, Zakirə Allahverdiyeva.

Most popular songs of İradə İbrahimova

Other artists of