Neyləyək

Vaqif Gərayzadə, İsmayıl Dadaşov

[Bənd 1]
Dedin ki, ayrılaq, hər şeyi unudaq
Xatirələr dindi, oxundu varaq-varaq
Sinəmi dağladın, bizimçün ağladı
Bitən sevgimiz...

Şirin-şəkər bir nağıl idi, sındı-dağıldı
Görüş yeri darıxır yenə
Şirin-şəkər bir nağıl idi, sındı-dağıldı
Sevgim gözlər səni dönə dönə

[Nəqərat]
Əl çəkmir yaxamdan
Heç zaman bu hicran
Yandırır məni gülə-gülə
Ümidlər bu gün də yaşar hələ

Nə qəribə dünyadır
Bir ucu sevdadır
Arzular yandı, döndü külə
Ayrılaq indi gülə-gülə
Neyləyək, alınmadı...

[Bənd 2]
Küsüb bu dünyadan, gəl indi tək qalaq
O keçmiş sevgini səninlə unudaq
Neyləyək, bir yerdə o ötən günlərdə
Qalıb izimiz...

Uzaq düşən günlər bir ada, deyək – Əlvida...
Bir də çətin geriyə dönə
Xatirələr düşəcək yada sənsiz dünyada
Səni sevən ürək gözlər yenə...

[Nəqərat]
Əl çəkmir yaxamdan
Heç zaman bu hicran
Yandırır məni gülə-gülə
Ümidlər bu gün də yaşar hələ

Nə qəribə dünyadır
Bir ucu sevdadır
Arzular yandı, döndü külə
Ayrılaq indi gülə-gülə
Neyləyək, alınmadı...

[Keçid]
Şirin-şəkər bir nağıl idi, sındı-dağıldı
Görüş yeri darıxır yenə

[Nəqərat]
Əl çəkmir yaxamdan
Heç zaman bu hicran
Yandırır məni gülə-gülə
Ümidlər bu gün də yaşar hələ

Nə qəribə dünyadır
Bir ucu sevdadır
Arzular yandı, döndü külə
Arzular yandı, döndü külə
Ümidlər bu gün də yaşar hələ

Nə qəribə dünyadır
Bir ucu sevdadır
Arzular yandı, döndü külə
Ayrılaq indi gülə-gülə
Neyləyək, alınmadı...

Trivia about the song Neyləyək by İradə İbrahimova

When was the song “Neyləyək” released by İradə İbrahimova?
The song Neyləyək was released in 2004, on the album “Bahar Çiçəyi”.
Who composed the song “Neyləyək” by İradə İbrahimova?
The song “Neyləyək” by İradə İbrahimova was composed by Vaqif Gərayzadə, İsmayıl Dadaşov.

Most popular songs of İradə İbrahimova

Other artists of