Qəlbimdəsən

Fərhad Şabranlı, Gövhər Həsənzadə

[Bənd 1]
Yorulmaram, min yol desəm
“Gözəllərin gözəlisən”
Təravətin solsa belə
Yenə mənim qəlbimdəsən

Tale məndən üz çevirsə
Aramıza sipər çəksə
Həyatıma qəsd eyləsə
Can bir cisim, ruh əbədi
Sən ruhumun eşq məbədi
Ölüm demək heç bir nədir

[Nəqərat]
Qərinələr ötsə belə
Neçə illər keçsə belə
Hicran məni üzsə yenə
Mənim qəlbimdəsən

Neçə gözəl görsəm belə
Neçə eşqə düşsəm yenə
Səndən gözəl olsa kimsə
Yenə mənim, yenə mənim qəlbimdəsən
Yenə də sən...

[Bənd 2]
Yanılmaram, əgər desəm
“Eşq dünyamın əzəlisən”
İllər boyu görməsəm də
Yenə mənim qəlbimdəsən

Tale məndən üz çevirsə
Aramıza sipər çəksə
Həyatıma qəsd eyləsə
Qorxum yox ki, ölüm haqdır
Can çıxsa da, ruh yaşayır
Bir halda ki, ruhum sağdır...

[Nəqərat]
Qərinələr ötsə belə
Neçə illər keçsə belə
Hicran məni üzsə yenə
Mənim qəlbimdəsən

Neçə gözəl görsəm belə
Neçə eşqə düşsəm yenə
Səndən gözəl olsa kimsə
Yenə mənim, yenə mənim qəlbimdəsən
Yenə də sən...

Trivia about the song Qəlbimdəsən by İradə İbrahimova

When was the song “Qəlbimdəsən” released by İradə İbrahimova?
The song Qəlbimdəsən was released in 2010, on the album “Sinqllar 2005-2010”.
Who composed the song “Qəlbimdəsən” by İradə İbrahimova?
The song “Qəlbimdəsən” by İradə İbrahimova was composed by Fərhad Şabranlı, Gövhər Həsənzadə.

Most popular songs of İradə İbrahimova

Other artists of