Sevgi Nağılı

Vüqar Camalzadə, İsmayıl Dadaşov

[Bənd 1]
Sən mənə tanrının
Ən əziz payısan
Səadət qoymaz ki
Uzağa düşək biz

Taleyim, qismətim
Mənimsən hər zaman
Vüsal yollarında
Hər gün görüşək biz

[Nəqərat]
İtib xəyallarda
Təki batmasın
Sevginin özünə
Bir həyat verək biz

Səni yad baxışlar
Qoy aldatmasın
Hicransız, həsrətsiz
Günləri görək biz

[Bənd 2]
Şirin sözlərinlə
Açılanda səhər
İçərik birlikdə
Eşq piyaləsini biz

Ötər dəqiqələr
Necə də bəxtəvər
Qəlbinə oxuyaq
Sevgi nəğməsini biz

[Nəqərat]
İtib xəyallarda
Təki batmasın
Sevginin özünə
Bir həyat verək biz

Səni yad baxışlar
Qoy aldatmasın
Hicransız, həsrətsiz
Günləri görək biz

İtib xəyallarda
Təki batmasın
Sevginin özünə
Bir həyat verək biz

Səni yad baxışlar
Qoy aldatmasın
Hicransız, həsrətsiz
Günləri görək biz

Trivia about the song Sevgi Nağılı by İradə İbrahimova

When was the song “Sevgi Nağılı” released by İradə İbrahimova?
The song Sevgi Nağılı was released in 2007, on the album “Yaşananlar ”.
Who composed the song “Sevgi Nağılı” by İradə İbrahimova?
The song “Sevgi Nağılı” by İradə İbrahimova was composed by Vüqar Camalzadə, İsmayıl Dadaşov.

Most popular songs of İradə İbrahimova

Other artists of