günah keçisi
Qaranlıqdan aydınlıqlar doğar
Görməzdən gəlinən günahların səni boğar
O gün fərqi yoxdu istər azal istər çoxal
Bilmək istəmədiyin hər şeyi beyninə soxar
İnkişafı unut bir də boş-boşuna dolan
Amma hekayənin sonunda mən olmayacam solan
Kolgələrdir məncə daşları yerinə qoyan
Zaman gəlib keçici mənim adımsa "Nolan"
Haha, danışmaqla itirmirəm vaxtı
Çünki dinləyəndə anlayırsan ki ildırım çaxtı
Şeytanların cəhənnəmi cənnət deyə tanıtdıqları
Bir yerdə necə deyərəm "gətir o taxtı"?
Zehinləri anlamağa çalışmaqla məşğul
Kölələri inkar eliyəcək qədər boşdur
Sonum onlar kimidirsə istəmirəm məşhur
Olmağı... yerimdə sayıb duraram mənə xoşdur
Bəlkə də göylərə yüksəlib gecəyə bir ulduz kimi parlayacaq
Qatili hökm edəcək yenə, günah keçisini sirr kimi saxlayacaq
Davam edir beatim, gözümün önündən itil
Yola çıxdım çantamda hip-hop altımdaysa ritm
Bir anda başlayan hər şey, bir anda da bitir
Üsyan marşı çalınır öz səslərində itir
Şeytan oyunlarının bilənini sevməz ki
Bəhs etdiyi oyunları ondan yaxşı bilirəm
Hiləylə sürüyə daxil olan qoyun getməz ki
Getməsi üçün tez davranıb hilələri silirəm
Şərəfi-mərəfi boş ver, bu məsələ ayrı
Güc-bəlayla girilən yoldan belə çətin olsa da dönülər
Yerlər qara bürünər, çoban acizcə sürünər
Hər kəs bölünər, bəlkə o zaman uğrunda ölünər
İkiüzlülərdən şöhrət dilənməklə nə işim?
Səfalətə fərq eləməz ki, ac ya da tox ol
İstədiyin qədər danış, fikrim yoxdur dəyişim
Yanımda dur sonsuza qədər ya da yox ol
Bəlkə də göylərə yüksəlib gecəyə bir ulduz kimi parlayacaq
Qatili hökm edəcək yenə, günah keçisini sirr kimi saxlayacaq