Xatirə

Abbas Soltanoğlu, Fəxrəddin Ziya

Gözlərimin önündə əksin canlanır yenə
Dünyanın xoş günündə əzab verirsən mənə.
Əlim əlindən uzaq, səsim səsinə yetmir
Dərd çəkilib qurtarmır məndən,
Bu zülmət nədir, nədir?

Nə qədər sərt olsa dalğalar,
Qayalara çırpınıb geri dönər.
Yolları kəsibdir intizar
Sənsiz qalan sevgim bir ümid dilər.

Sən hardasan, mən harda, xəyal qanadlı quşdur
Ruhuma dönməyin də mənim üçün uçuşdur.
Bir daha görüşmərik, sevdanı apar-apar
Gedərsən, xəyalımda xatirən qalar.

Nə qədər sərt olsa dalğalar,
Qayalara çırpınıb geri dönər.
Yolları kəsibdir intizar
Sənsiz qalan sevgim bir ümid dilər.

Sevənlərin taleyi amansız olar
Məhəbbətin heykəli baxılmaz qalar.
Aylar ötər, il keçər, zaman dəyişər
Ürəklərin yarası sağalmaz qalar.

Most popular songs of Safura

Other artists of Middle of the Road (MOR)